Baş nazirin noutbuku oğurlandı
Bizi izləyin

Bilgi.az

Baş nazirin noutbuku oğurlandı

Belçikada baş nazir Elio di Puponun noutbuku oğurlanıb.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, cinayətkarlar noutbuku baş nazirin xidməti avtomobilindən oğurlayıblar.

İşin qəliz tərəfi odur ki, kompüterdə Belçikanın kral ailəsinə aid kompromat tipli materiallar varmış. Həmçinin baş nazir ölkənin daxili siyasətinə dair məxfi materialları da noutbukunun yaddaşında saxlayırmış.

Rupo fitnes zalda idmanla məşğul olarkən sürücü kitab almaq üçün yaxınlıqdakı dükana girib. Bundan istifadə edən cinayətkarlar maşının şüşəsini qıraraq noutbuku oğurlayıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm