İncə gimnast qızdan ağlasığmaz hərəkət – VİDEO, FOTOLAR
Bizi izləyin

Bilgi.az

İncə gimnast qızdan ağlasığmaz hərəkət – VİDEO, FOTOLAR

Keçən həftə Amerikanın NBC televiziya kanalında yayımlanan məşhur "American Ninja Warrior" idman şousunda Keysi Katandzaro adlı qız finala çıxıb. Azərbaycanda məşhur olmasa da, ABŞ-da yayımlanan bu dəlisov proqram reytinqləri dağıdıb və geniş kütlənin sevgisini qazanıb.

Şounun şərtinə görə, iştirakçılar gimnastik trenajorlardan ibarət maneəli yoldan keçməlidirlər. Bunun üçün onlar bərk qaçmalı, hündürlüyə tullanmalı, torda sürünməli, dartınmalı, bir sözlə, hərəkətdə olmalıdırlar.

Nəticədə, 24 yaşlı gözəl Keysi şou tarixində bütün tapşırıqların öhdəsindən gələrək finala yüksələn ilk qadın olub. Qeyd edək ki, Keysinin finaladək getdiyi "məşəqqətli yolun" öhdəsindən bir çox kişilər də gələ bilməyib.

Publika.az 24 yaşlı nərmə-nazik gimnast Keysinin bütün kişiləri üstələyərək finaladək yüksəldiyi videosunu təqdim edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm