Rusiyanın 30 ən zəngin qadını – Siyahı
Bizi izləyin

Bilgi.az

Rusiyanın 30 ən zəngin qadını – Siyahı

Dünyaca məşhur "Forbes" jurnalı Rusiyanın 30 ən zəngin qadınının adını açıqlayıb.

Axar.az xəbər verir ki, siyahıya Moskva Bələdiyyəsinin keçmiş başçısı Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina 1 milyard dollarlıq sərvətiylə başçılıq edir. Baturina ötən ildən bəri 100 milyon dollar itirib.

Uşaq yeməkləri və mədən suyu istehsalı üzrə ixtisaslaşan "Proqress" şirkətinin sahibi Olqa Belyavtseva isə 450 milyon dollarlıq sərvətiylə ikinci pillədə qərarlaşıb.

"Vildberries" adlı onlayn alış-veriş şirkətinin sahibi Tatyana Bakalçuk 380 milyon dollarlıq sərvətiylə ən zəngin 3-cü qadın olub.

"Sodrujestva" holdinqinin ortağı Natalya Lutsenko 325 milyon dollar, "Bahetle" marketlər şəbəkəsinin sahibi Muslima Latıpova 315 milyon dollar, "Rusagro" şirkət sahibi Natalya Bıkovskaya 270 milyon dollar, "Taif" şirkətinin idarə heyətinin üzvü Quzeliya Safina 265 milyon dollarla ilk sıralarda qərarlaşıb.

"Kasperski" laboratoriyasının qurucularından olan Natalya Kasperskaya 230 milyon dollar, "Primorye" bankının sahibi Larisa Belobrova 220 milyon dollar, Lukoil Neft Şirkətinin vitse-prezidenti Lyubov Hoba 180 milyon dollarla Rusiyanın ən zəngin bizneslediləri sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm