Model adını qəbirüstü yazıda gördü – FOTO
Bizi izləyin

Bilgi.az

Model adını qəbirüstü yazıda gördü – FOTO

İki nüfuzlu gözəllik müsabiqəsinin ("Miss Yekaterinburq-2009" və "Miss Russiya-2010") qalibi, hazırda isə STS televiziya kanalında aktrisa kimi çalışan Mariya İvanova adının qəbir daşında həkk olunduğu fotosunu sosial şəbəkədə paylaşıb.

Heç kim Mariya ilə yersiz zarafat etməyib. Sadəcə, Moskvada fəaliyyət göstərən ayin mərasimlərinin xidmət göstərdiyi salon Ural gözəlçəsinin simasından öz reklamında nümayiş etdirib.

Qızın simasını qəbir daşı üzərində qanunsuz nümayiş etdirən reklam agentliyi heç Mariyaya zəng edərək bu haqda xəbər də verməyib. Yaraşıqlı simasını qəbir daşının üzərində görən Mariya da elə bundan şoka düşüb. Yas mərasimlərinin təşkili ilə məşğul olan salonun yaxın zamanlarda məhkəməyə veriləcəyi gözlənilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm