XXI əsrin Pompeyi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

XXI əsrin Pompeyi – FOTOLAR

Papua – Yeni Qvineyanın şərqində, Yeni Britaniya adasındakı Rabaul şəhəri mavi dəniz sahilində yerləşir. Bu şəhər nə zamansa öz gözəlliyi ilə turistləri cəlb edib. Şəhər Tavurvur, Vulcan və Rabalankaia adlı 3 vulkanın əhatəsində yerləşir. 20 il bundan qabaq vulkan püskürməsi nəticəsində Rabaul şəhərinin sakinləri buranı tərk edib. Hazırda şəhər vulkan lavasının külü altında qalıb.

Lakin lava külü və vulkanın hər an püskürə biləcəyindən qorxmayan kasıb əhali Rabaul şəhərində yaşamaq üçün köç edib. Fotoqraf Erik Laforq vulkan yaxınlığında oynayan uşaqları və başqa mənzərələri lentə alıb. "Yerin Cəhənnəmi" adlı fotolayihədə Erik adanın lava külünə bulaşmış insanlarının fotolarını çəkib.

Üç vulkanla əhatələnmiş şəhəri təbiət hadisəsi nəticəsində 50 min insan tərk edib. Vulkan püskürməsi sayəsində yalnız 4 insan həyatını itirib.

Vulkana yaxın yerdə yaşayan sakinlər kül buluduna görə nəfəs xəstləkləri və ağciyər xərçəngi riski ilə üzə-üzə qalıb.

1994-cü ildə vulkan püskürməsi nəticəsində Rabaul şəhərinin keçmiş icra başçısının həyat yoldaşı da həlak olub. İndi isə icra başçısı tək-tənha Tavurvur vulkanının kölgəliyində salınmış komada yaşayır.

Burada yaşayan kasıb əhali isə toyuq növü olan uzunayaqlıların lava külü altında, 2 metr dərinlikdə gizlətdiyi yumurtaları satmaqla məşğuldur. Bu quşların yumurtası bazarda 1 dollardan satılır və onların qazılıb çıxarılması düz bir saat vaxt tələb edir. Yerli əhali yumurta satmaqdan əlavə, yaxınlıqda yerləşən sakinsiz qalmış otelləri qarətçilərdən qorumaqla pul qazanır.

Bu şəhərdə yaşayan əhali öz adət-ənələlərini hələ də saxlayır. Qonaqlar toy zamanı ailə quranlara cehiz kimi balıqqulağından hazırlanmış "pul" çələngini hədiyyə verirlər.

Fotoqrafın bildirdiyinə görə, uşaqlar daha çox vulkan külü və torpaqla oynamaqdan məmnundurlar. Çünki burada valideynlərin narahat olması üçün maşın yoxdur, əvəzində uşaqların oynaması üçün kifayət qədər toz-torpaq var. Uşaqların bəzisi 1942-ci ildə ada Yaponiya tərəfindən işğal edilərkən ərazidə qalmış yapon və Böyük Britaniya tankları ilə oynayırlar. Vulkan püskürməsindən sonra bu tanklar da vulkan külü ilə örtülüb.

2050-ci ildə hər üç vulkanın yenidən püskürəcəyi gözlənilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm