Nadir xərçəng tora düşdü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nadir xərçəng tora düşdü – FOTOLAR

ABŞ-ın Men ştatında yaşayan balıqçı xərçəngin nadir bir növünü tutub. Balıqçı Cey LaPlante və onun 14 yaşlı qızı Meqanın toruna göy rəngdə xərçəng düşüb.

Adətən, qırmızı olan xərçənglərin milyondan biri və ya ikisi göy rəngdə olur. Xərçənglərdə göy rəng genetik qüsur nəticəsində proteinin çox hasil olunmasından irəli gəlir.

Meqan 1 kiloluq göy xərçəngə Skaylar adı verib. Skaylar Men ştatının Dövlət Akvariumuna göndərilib. Skaylar orada daha 3 göy rəngli "qardaşlarına" və tənha qalmış narıncı xərçəngə qovuşacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm