Kənd sakini həyətindən skelet tapdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kənd sakini həyətindən skelet tapdı – FOTOLAR

ABŞ-ın Texas ştatında yaşayan sakinin həyətində inanılmaz tapıntı aşkarlanıb. Həyətdə nəvəsi ilə işləyərkən sakin torpaq altında 60 min il qalan mamont sümükləri tapıb. Marti Makyuen ekskavatoru idarə edərkən maşının çömçəsi iri bir fil dişinə toxunub. Əraziyə çağırılmış paleontoloqlar bizim eradan əvvəlki məməli heyvanın sümüklərini torpaqdan təmizləyə biliblər.

Aparılmış tədqiqat nəticəsində sümüklərin boyu 2,7 metr olan dişi mamonta məxsusluğu aşkar edilib. Sümüklər Texasın Pero muzeyinə təhvil verilib.

Qeyd edək ki, adi sakinlərin nəsli kəsilmiş sümüklərini tapması ilk hal deyil. İki il bundan qabaq ABŞ-da həyətdə oynayan uşaqlar mastodont (mamonta bənzər heyvan) sümükləri tapmışdılar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm