Bilgi.az
1 dəqiqədə dünyada nələr baş verir? - MARAQLI
Elə düşünməyin ki, 1 dəqiqə insan ömrü üçün kiçik bir zaman kəsiyidir. Əgər bir dəqiqə ərzində dünyada baş verənlər haqqında xəbər tutsanız, önəmli saymadığınız 1 dəqiqənin qədrini biləcəksiniz.
Çox da böyük vaxt saymadığımız 1 dəqiqə ərzində 258 uşaq dünyaya gəlir. Təəsüfləndirici haldır ki, bu 258 uşaqdan 113-ü səfalət içində yaşayan ailələrdə doğulur, onlardan 15-də isə elə anadangəlmə qüsur olur.
1 dəqiqədə dünyada 107 insan dünyasını dəyişir. Bu 107 nəfərdən ikisinin ölümünə avtoqəzalar səbəb olur.
Cəmisi 60 saniyədən ibarət olan 1 dəqiqə ərzində 10 milyon ədəd siqaret çəkilir ki, elə bu ərəfədə də siqaret 7 nəfərin həyatına son qoyur.
1 dəqiqəlik zaman kəsiyi 116 nəfərin həyatını dəyişməyə kifayət edir. Belə ki, bu kiçik müddət ərzində dünyada 116 cütlük ailə qurur.
1 dəqiqə ərzində 144 nəfər yeni mənzilə sahib olur.
Acınacaqlı faktlardan biri odur ki, 1 dəqiqədə 34 nəfərdə xərçəng xəstəliyinin diaqnozu təsdiqlənir.
Bu müddət ərzində vaxtlarını xoş keçirənlər də az deyil. Bir dəqiqədə 83 min nəfər sekslə məşğul olur.
1 dəqiqədə 360 dəfə şimşək çaxır. Buna baxmayaraq bu məüddətdə 58 təyyarə havaya qalxır.
Hər bir dəqiqə ərzində dünyada 5 dəfə zəlzələ baş verir.
Dünyanın bütün əhalisi tərəfindən 1 dəqiqə ərzində 3 milyon kiloqrama yaxın zibil tullanır.
1 dəqiqədə 23 min insan öz sevgisini etiraf edir, dünyanın ümumi əhalisinin 10 faizi isə bu müddət ərzində cavabsız qalan sevgilərindən əziyyət cəkir.
1 dəqiqə ərzində dünya əhalisinin 1 faizi sərxoş vəziyyətdə olur.
İş axtaranların sayı 1 dəqiqədə 210 milyon nəfərə çatır.
1 dəqiqədə dünyada 840 fincan çay içilir.
Bu müddət ərzində 2 milyon insan televizor qarşısında əyləşir.
İnternet qarşısında əyləşənlər 1 dəqiqə ərzində elektron poçtla 204 milyon məktub göndərir, Facebooka 243 min yeni şəkil qoyulur. You Tube istifadəçiləri isə 72 saatlıq videomateriallar yükləyirlər.
Arzu edək ki, hər bir insanın ömrünə 1 dəqiqədə baş verənlərin yalnız xoş anları düşsün. /modern.az/
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye