XX əsrin uzunsaçlı gözəlləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

XX əsrin uzunsaçlı gözəlləri – FOTOLAR

XX əsr Avropasında qadınların uzunsaçlı olması adi hal olub. Hətta o dövrdə uzun telləri müzakirə mövzusuna çevrilən qadınlar da olub. Uzunsaçlı qızlar ictimaiyyətdə az görünsələr də, fotoqraf və rəssamlar onlardan bəzilərini qeydə ala biliblər.

Publika.az XIX əsrin "Rapunzel" qadınlar haqda maraqlı faktları təqdim edir.

Avstriya imperatritçası Yelizaveta Bavarskaya saçlarına gün ərzində, azı, 3 saat qulluq edib. Dostları arasında Sisi kimi tanınan Yelizavetanın bacısı Sofiya və qızı şahzadə Luiza da XIX əsrin "Rapunzeli" olub.

Fransız yazıçısı Sidoni-Qabriel Kolettin bəstəboylu olmasına baxmayaraq (1.58 santimetr), o, uzun saçlarını ilk dəfə 29 yaşında kəsdirib.

Digər məşhur yazarı Emil Zolyanın həyat yoldaşı Janna Zolya da saçlarının uzun olması ilə fəxr edə bilərdi.
Madam Milonun isə saçlarının uzunluğu 185 santimetr olub. O, sirkdə saçlarını nümayiş etdirməklə pul qazanırdı.

Sirkdə saçı ilə pul qazananlardan biri də Sazerlend bacıları olub. Bu altı bacı o qədər varlandılar ki, hətta sirkin özünü də aldılar. Onların saçları sanki axar şəlaləni xatırladırdı. Qızlar hətta saçların uzanması üçün satdığı tonikdən də yaxşı gəlir əldə edə bilmişdilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm