Şirkət rəhbəri itə görə cərimələndi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şirkət rəhbəri itə görə cərimələndi – FOTOLAR

ABŞ və Kanadanı idman stadionu və arena ilə təmin edən çoxmilyardlı "Centerplate" şirkətinin baş direktoru Desmond Heyq heyvanla qəddar rəftar etdiyi üçün cərimələnib.

Xarici mətbuatın məlumatına görə, Vankuverdəki evin liftində müşahidə kameraları Desmondun iti döyməsini qeydə alıb. Müşahidə kamerasının keçən həftə yayımlanan videosunda şirkətin baş direktorunun doberman cinsli iti döydüyü aydın görünüb. Kişi liftdə iti təpiklə vuraraq onun xaltasından dartıb.

İtlə qəddar davrandığı üçün o, heyvanların hüquqlarını qoruyan cəmiyyət tərəfindən narazılıqla qarşılanıb. Nəticədə, Desmond 100 min dollar cərimə ödəməklə, 1000 saat ictimai işlərə cəlb edilib.

Nura

Desmond Hague is captured on CCTV lashing out at the young dog.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm