Heç zaman tərk etmək istəməyəcəyiniz yer – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heç zaman tərk etmək istəməyəcəyiniz yer – FOTOLAR

Deyəsən, yer kürəsində yerləşən cənnət tapılıb.

Hollandiyanın Githorn kəndində nə maşın, nə də avtobus var. Burada heç yol da yoxdur. Kənd kanallardan ibarətdir. Buna görə də, kənddə əsas nəqliyyat qayıqlardır. Bu səbəbdən də, Githorn kəndinə Holland Venesiyası deyirlər. Kəndə gələn hər kəs buradan geri dönmək istəmədiyindən heç geriyə yol axtarmır da.

Burada sakitlik və rahatlıq bərqərar olub. XVIII əsrdə əsası qoyulan kənd sadə görünüşünü qoruyub saxlayır.

Publika.az heç zaman geri qayıtmaq istəməyəcəyiniz kəndin fotolarını təqdim edir.

Kəndin tarixi 1230-cu ilə təsadüf edir. Həmin il ölkənin cənubundan gələn bir qrup qaçqın burada məskunlaşıb. Əraziyə gələrkən qaçqınlar subasmadan sonra yerdə qalan keçi buynuzları ilə qarşılaşıblar. Elə kəndin də adı buradan yaranır: "Giet" – keçi, "hoorn" – buynuz mənasını verir.

Bundan əlavə, sakinlər burada çoxsaylı torf bataqlıqları ilə rastlaşıblar. Torf çıxarıldıqdan sonra böyük çala əmələ gəlib, çalada isə sonradan göl yaranıb. Göllər üzərində tikilmiş çoxsaylı körpülər isə kəndə turistləri cəlb edib. Burada evlər ayrıca kiçik ada üzərində yerləşir. Bir evi digər evdən körpülər ayırır. Ada üzərində 50 ev yerləşir. Evlərin əksəriyyətinin üstü küləşlə örtülüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm