Obamanın kostyumuna lağ elədilər
Bizi izləyin

Bilgi.az

Obamanın kostyumuna lağ elədilər

Dünən axşam ABŞ prezidenti Barak Obama Ukraynadakı hadisələrlə bağlı bəyanat verib.

Publika.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, prezident bundan sonra da Ukraynaya dəstək verəcəklərini və sentyabrın 18-də Ağ Evdə Poroşenkonu qəbul edəcəyini deyib.

Prezident çıxışa açıq rəngli kostyumda gəlib. Sosial şəbəkə istifadəçiləri dərhal Obamanın kostyumunu müzakirə etməyə başlayıblar. Obama hələ 2012-ci ildə "Vanity Fair" jurnalına müsahibəsində tədbirlərə yalnız tünd-göy və qara rəngli kostyumlar geydiyini bildirmişdi. İndi o, açıq rəngli kostyum geyinməklə öz sözünü tutmadığını göstərdi.

Çoxları qeyd edib ki, bu rəngdə kostyumu rəsmi tədbir zamanı geymək düzgün deyil, belə ki, bu, uyğunsuz görünür.

"Tvitter"də bir neçə nəfər Obamanın kostyumunu lağa qoyan səhifə də açıb. Lakin az sonra bu səhifələr bağlanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm