11 yaşlı sərvət sahibi rəssam uşağın möcüzələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

11 yaşlı sərvət sahibi rəssam uşağın möcüzələri - FOTOLAR

11 yaşlı sərvət sahibi rəssam uşaq

11 yaşında sərvət qazandı

İngiltərənin Norfolk şəhərində yaşayan 11 yaşlı rəssam Kieron Uilliamson indiyə qədər satdığı portretlərindən 1.5 milyon sterlinq qazanıb.

Mütəxəssislər “Mini Monet” ləqəbli Uilliamsonun əsərlərini bir çox adlı-sanlı sənətkarın əsərlərindən ayırd edə bilmədiyini və kiçik uşağın 21-ci əsrin əhəmiyyətli rəssamlarından biri olacağını deyib.

Tabloları təxminən 35 min sterlinqə satılan uşağın 47 yaşlı atası Keit Uilliamson oğullarının müvəffəqiyyəti sayəsində ailələri üçün yeni bir ev aldıqlarını, lakin onu heç vaxt şəkil çəkməyə məcbur etmədiklərini deyib.

Uilliamson, “Onunla əlbəttə, qürur duyuruq, amma şəkil çəkməyi bir iş olaraq görməsini istəmirik. Sadəcə içindən gələndə şəkil çəkir” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm