Zolaqsız pələng doğulub – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Zolaqsız pələng doğulub – FOTOLAR

Çinin Xançjou şəhərində çox nadir bir heyvan dünyaya gəlib. Təzəlikcə dünyaya gəlmiş yırtıcı həm panterə, həm də vombata bənzəyib. Əslində isə bu, bir ay bundan qabaq dünyaya göz açmış balaca heyvan pələngdir. Lakin onun bədənində heç bir zolaq yoxdur. Daha doğrusu, balaca pələngin zolaqları o qədər xırdadır ki, onları görmək mümkün deyil.

Bir çox kütləvi informasiya vasitələri balaca qara pələng balasının fotolarını dərc edib. Pələng balası yerli zoopark işçilərindən birinin evində qalır və onu it əmizdirir. Nadir piqmentasiya pozğunluğundan pələng balası dünyaya tamamilə qara rəngdə gəlib. Açıq-boz rəngli zolaqlar isə qara rəngin arasında itib batır.

Pələng psevdomelanizm adlı xəstəliklə doğulub. Bu xəstəlik zamanı piqmentasiya heyvanın dəri örtüyündə bərabər paylanmır. Bu tipli heyvanlara təbiətdə çox nadir hallarda rast gəlinir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm