Qocanı döyüb videoya çəkən yeniyetmələr ölkəni ayağa qaldırdılar – VİDEO
Bizi izləyin

Bilgi.az

Qocanı döyüb videoya çəkən yeniyetmələr ölkəni ayağa qaldırdılar – VİDEO

Rusiyada iki yeniyetmənin sosial şəbəkədə paylaşdıqları videoklip ölkəni bir-birinə vurub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İlya və Dmitri adlı iki məktəbli Nijni Novqorod şəhərində küçədə yaşayan evsiz qoca bir qadını səbəbsiz yerə döyərək telefonun kamerasına çəkiblər.

Olra videonu "YouTube" sosial şəbəkəsində yayaraq məşhurlaşmaq istəyiblər. Amma gözlədiklərinin əksi olub. Videonun altında minlərlə hiddət dolu şərh yazılıb.

Nijni Novqorodda olan yaşıdları isə onları linç etmək istəyib. Amma polis buna imkan verməyib. Yeniyetmələr etdikləri hərəkətdən peşman olduqlarını və qoca qadından üzr istəmək niyyətlərini açıqlayıblar.

Hər bir halda, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm