Dünyanın ən yaşlı insanı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaşlı insanı – FOTOLAR

Meksikalı qadın dünyanın ən yaşlı insanı adına layiq görülüb.

127 yaşlı Leandra Beçerra Lumbreras 40 il bundan qabaq doğum haqda şəhadətnaməsini itirməsinə baxmayaraq, dünyanın ən yaşlı insanı hesab edilir.

Lumbrerasın dediyinə görə, o, 1887-ci il avqustun 31-də anadan olub. Birinci Dünya müharibəsi başlayarkən qadının 27 yaşı olub. O, 66 yaşında təqaüdə çıxanda Böyük Britaniya kraliçası 2-ci Yelizaveta hakimiyyətə gəlib. Aya ilk dəfə insan ayağı dəyəndə isə onun 82 yaşı olub.

Ən uzun ömürlü insan ad günündə çox yaşamağın reseptini paylaşıb: yaxşı qida, möhkəm yuxu və subaylıq.

Lumbreras 1910-1917-ci illərdə Meksika İnqilabı zamanı "Adelitas" təşkilatının başçısı olub. Ailə qurmasa da, onun 5 uşağı və 20 nəvəsi var. O, artıq hər 5 övladını və 20 nəvəsindən bir neçəsini basdırıb. Sonuncu ölən nəvəsi 2013-cü ildə 90 yaşında vəfat edib.

Onun 73 nəticə və 55 kötücəsi var. Qırx il bundan əvvəl evdən köçərkən doğum haqda şəhadətnaməsini itirdiyindən Meksikanın hakim dairələri ona yenidən şəhadətnamə vermək niyyətindədirlər.

Lumbrerasın 43 yaşlı nəvəsi Miriamın sözlərinə görə, nənəsi eşitmə qabiliyyətini itirməsinə və kataraktadan əziyyət çəkməsinə baxmayaraq, hələ də keçmişdə yaşadığı hadisələri ailə üzvlərinə danışır. Nəvəsinin sözlərinə görə, 127 yaşlı qadın bəzən 3 gün oyanmadan yatır. Duranda isə yeməyi, söhbət etməyi və oxumağı sevir.

Nəvəsi deyib: "Onun hətta qoca yaşında da dişləri sağlam qalıb. O nə şəkərdən, nə də qan təzyiqindən əziyyət çəkir. Buna görə də o, istədiyi qədər şokolad və şirniyyat yeyə bilir".

Qadın ailəsindən ad günü hədiyyəsi kimi paxlalı tortilya (qarğıdalı və ya buğda unundan nazik kökə) istəyib.

Yaponiyalı Misao Okava rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Lakin Lumbreras yaponiyalı həmcinsindən 12 yaş qocadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm