Kakos yığan qul meymunlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kakos yığan qul meymunlar - FOTOLAR

Kakos yığan qul meymunlar

Cənub-Şərqi Asiya ölkələrindən Taylandın əhəmiyyətli gəlir qaynaqlarından biri olan kakosun ləzzəti və faydaları çoxdur. Məhsulunu yığmaq isə olduqca çətindir.

Taylanddakı bəzi kakos tarlası sahibləri hündürlüyü 20 metrə çatan ağacın meyvələrini yerə endirmək üçün uzun bambukların ucuna keçirdikləri iti bıçaqların köməyi ilə məhsulu yığır. Bəzi fermerlər isə fərqli bir üsuldan istifadə edir.

Asiyada yaşayan 7-10 kiloqram ağırlığı olan meymunlar bədən ölçülərinin əksinə son dərəcə çevik və çalışqandır. Bu vəziyyətin fərqinə varan taylandlılar meymunları hələ körpə olanda təbii mühitlərində qurulan tələlər köməyi ilə tutaraq kakos toplamaq üçün tərbiyə edir.

Eyni üsuldan İndoneziya və Şri Lankada da tarla sahibləri tərəfindən istifadə edilir. Tərbiyə zamanı meymunlar bəzən şiddətə də məruz qalır.

İşçi meymunun iş qarşılığında gündəlik mükafatı isə sadəcə bir neçə banan və ya manqo olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm