Halal şərab: tərkibində alkoqol yox, qızıl var – FOTO
Bizi izləyin

Bilgi.az

Halal şərab: tərkibində alkoqol yox, qızıl var – FOTO

Dubayda (BBƏ) tərkibində yeməli zərvərəqə bükülmüş 24 karat qızıl olan şərab satışa buraxılıb.

İçkinin istehsalçısı "Lootah Premium Foods" şirkəti olub. Qeyd olunur ki, içki halal hesab edilir, çünki tərkibində heç bir spirt yoxdur.

İçkiyə parlaqlıq vermək üçün onun tərkibinə qızıl əlavə edilib. Şərab içkisinin tərkibində istifadə edilən üzüm isə İspaniyada yığılıb.

İstehsalçı şirkətin baş direktorunun bildirdiyinə görə, "qızıl şərab" daha çox toy, ad günü və korporativ tədbirlər üçün alınır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm