Dünyanın ən böyük timsahı öldürüldü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük timsahı öldürüldü – FOTOLAR

ABŞ-ın Alabama ştatında ölü heyvanlardan müqəvva hazırlamaqla məşğul olan ovçu Mendi Stoks dünyanın ən böyük alliqatorunu öldürüb.

Ailəsi ilə birlikdə qadın nəhəng timsahı Alabama ştatında çaydan tutub. Timsahın uzunluğu 5 metr, ağırlığı 460 kiloqramdır. Ovçularla sürünənin davası 5 saat davam edib.

"Safari Club İnternational" beynəlxalq təşkilatı ovçuların bu qənimətini rekord kimi qeydə alıb. Timsah öldürüldükdən sonra asmaq üçün onu fermaya gətiriblər. Lakin asılqan onun ağırlığına tab gətirməyib.

Stoks ailəsi hətta timsahın mədəsini də yarıb. Onun mədəsində tam həzm olunmamış yaşlı bir maralın olduğu aşkar edilib. Ovçunun sözlərinə görə, alliqator maralı çeynəmədən bütöv udub.

Bu vaxtadək rekord 2007-ci ildə Texasda qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm