Yaraşıqlı kürən kişilər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yaraşıqlı kürən kişilər – FOTOLAR

Kürən kişilərin yaraşıqlı olmadığını düşünənlər var.
Lakin bu heç də belə deyil.

Sentyabrın 3-də Nyu-Yorkun "BOSİ" qalereyasında kürən kişilərin fotoları sərgilənəcək. Fotoqraf Tomas Nayts bununla da kürən kişilərin heç də çirkin və zəif olmadığını sübut etmək istəyir. Çəkilişlərdə iştirak edən kürən kişilər daha çox qəzəbli və narazı görkəmdə əks olunublar. 31 yaşlı fotoqraf bununla da kürən kişilərin heç də eybəcər olmadıqlarını göstərmək istəyib.

Statistikaya görə, dünya əhalisinin 140 milyonu kürəndür. Fotoqraf Nayts özü də kürən olduğundan, uzun illərdir saçlarını sarıya boyayır. Onun dediklərinə görə, kürən qadın və kişilər arasında ayrıseçkilik edilir və qadınlardan fərqli olaraq, "qırmızı baş" kişilər ictimaiyyət tərəfindən yaxşı qarşılanmır.

O, bunu belə izah edib: "Kürən oğlanla görüşə çıxmaq bir çox qadın üçün utancvericidir. Lakin qadınlar da, əksinə, kürən qadınla görüşə çoxları can atır. İnsanların çoxu hesab edir ki, kürən qadınlar daha seksual və cəsurdurlar. Halbuki kürən kişilər də heç də zəif və az cazibədar deyillər".

Ona görə də Nayts hər zaman kürən qadınların ön plana çıxmasına etiraz edərək kürən kişilərə də diqqət çəkməyə çalışıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm