Şəhəri təhqir edən qızı həbs cəzası gözləyir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şəhəri təhqir edən qızı həbs cəzası gözləyir – FOTOLAR

İndoneziyalı tələbəni paytaxt Cakartanı təhqir etdiyi üçün 6 il həbs cəzası gözləyə bilər.

O, sosial şəbəkələrin birində Cakartanı geridəqalmış, kasıb və mədəniyyətsiz şəhər kimi təqdim edib.

Hüquq fakültəsində təhsil alan 26 yaşlı Florensiya Sihombin bu təhqirə görə azadlıqdan məhrum edilə bilər.

Qızın davranışına səbəb isə benzindoldurma məntəqəsində benzin ala bilməməsi ilə bağlı olub. Uzun növbədə dayanmağa səbri çatmayan qız əsəbini sosial şəbəkədə ifadə edib.

Hətta o, sosial şəbəkəyə şəhər haqqında narazılıq dolu video da yerləşdirib. Onun paylaşımları ölkəyə yayıldıqdan sonra yerli əhali polisə şikayət edib. Hüquq mühafizə orqanları 26 yaşlı Florensyanı həbs etsələr də, tezliklə qız azad olunub.

Polisdən bildiriblər ki, Florensiyanın günahı sübuta yetirilərsə, onu 6 il həbs cəzası gözləyə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm