17 ildən sonra rus qadını kosmosa göndəriləcək – FOTOLAR
Bizi izləyin

Bilgi.az

17 ildən sonra rus qadını kosmosa göndəriləcək – FOTOLAR

On yeddi ildən sonra sentyabrın 26-da Beynəlxalq Kosmik Stansiyaya (BKS) rus əsilli kosmonavt qadın Yelena Serova göndəriləcək.

Növbəti rus kosmonavt qadını Anna Kikina isə yaxın 4 ildə kosmosa göndərilə bilər. Bu haqda xəbəri kosmonavtların hazırlıq mərkəzinin rəhbəri xəbər verib. Qadınların hər ikisi sınaq məşqlərindən uğurla keçiblər.

Ruslar arasında Serova və Kikinadan başqa qadın kosmonavtı yoxdur. Qeyd edək ki, ilk kosmonavt qadın belarus Valentina Tereşkova olub. Tereşkova 1963-cü ildə kosmosa qalxıb və Yerin orbitində 3 sutka keçirdikdən sonra qayıdıb.

Sonuncu rus əsilli qadın kosmonavt 1997-ci ildə "Mir" stansiyasına qalxan Yelena Kondakova olub. Ondan sonra isə heç bir rus qadını kosmonavt qismində məşqləri keçə bilməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm