Arvadının xatirəsinə 60 yaşında universitetə girdi - FOTO
Bizi izləyin

Bilgi.az

Arvadının xatirəsinə 60 yaşında universitetə girdi - FOTO

Altmış yaşlı kanadalı arvadının ölümünə səbəb olmuş xərçəng xəstəliyini öyrənmək üçün universitetə qəbul olunub.

Pauel Krosli hazırda Albert Universitetində bu vaxtadək təhsil alan ən yaşlı tələbədir.

O, biokimya və onkologiya üzrə kurs işi yazır. Yaşlı tələbə bundan əlavə, universitet laboratoriyasında tədqiqatlarını davam etdirməsi üçün 60 min dollar dəyərində qrant alıb. Pauel pulun bir hissəsini ABŞ-ın İllinoys ştat universitetində onkologiya sahəsində aparılan tədqiqatlara ayıracaq.

Qeyd edək ki, Kroslinin arvadı dənəvər şişi kimi tanınan yumurtalığın nadir xərçəng şişindən vəfat edib. Kroslinin arvadı ölənədək öz xəstəliyinin tədqiqi ilə məşğul olub. Qadın tibbi və elmi ədəbiyyat oxuyub. Arvadı vəfat etdikdən sonra onun yarımçıq qalmış işini davam etditməyi Pauel öz öhdəsinə götürüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm