Göbək rəqsinə fətva verildi
Bizi izləyin

Bilgi.az

Göbək rəqsinə fətva verildi

Misirin fətva üzrə dövlət şurası olan Dar əl-İfta dini fərmanlar verməklə məşğuldur. Bu dəfə şura teleefirindən göbək rəqsi üzrə müsabiqənin yayımlanmasını dayandırıb.

Fərmanda deyilir ki, televiziya proqramı ictimaiyyət arasında əxlaqsızlığı yayır və ekstremistlərin Misir cəmiyyətini antiislami ovqata çəkməsinə şərait yaradır.

Misir televiziyasında göbək rəqsi üzrə müsabiqə ilk dəfədir ki keçirilir. Əyləncə proqramının aparıcısı isə məşhur kinoulduz və Misirdə göbək rəqsinin mahir rəqqası Dina olub. Müsabiqənin ilk turunun yayımlanması çərşənbə axşamına planlaşdırılmışdı, lakin veriliş ləğv edilib.

Misirdə bir çox insanlar göbək rəqsini əxlaq qaydalarına zidd hesab edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm