Uşaqlıq anlarını niyə xatırlamırıq? - SƏBƏB
Bizi izləyin

Bilgi.az

Uşaqlıq anlarını niyə xatırlamırıq? - SƏBƏB

Elm adamları uşaqlıq anlarını niyə xatırlamadığımızın səbəblərini açıqlayıb.

Heç bir insan həyatının ilk bir neçə ilini xatırlaya bilməz. Qəribə hesab edilən bu hala kanadalı elm adamları bir açıqlama gətirib. Araşdırmaya görə, yaş ötdükcə öyrənmə və hafizəni gücləndirən nerogenez keçmiş anları da silir. Beyindəki hüceyrə inkişafını təmsil edən nerogenez tez bir zamanda baş tutur. Hüceyrə yaranması beynin öyrənmə və hafizəylə bağlı hipokampus qismində yaşanır. Nerogenez beynin daha yaxşı öyrənməsinə kömək edir və hafizəni gücləndirir.

Ancaq aparılan bu yeni araşdırma gənc beyinlərdə yaşanan hüceyrə inkişafının unutqanlığa səbəb olduğunu ortaya çıxarıb. Yaranan yeni hüceyrələr, hafizəni saxlayan hüceyrələrin yerinə keçir və beləliklə, həyatımızın ilk illəri ilə bağl hər şeyi silib aparır. Araşdırmanın nəticəsinə görə, yeni hüceyrələr hafizənin yeni və daha yaxşı inkişafı üçün köhnə anları silir. /ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm