Mətbəx sirləri: göbələk sousunda kartof küftələri
Bizi izləyin

Bilgi.az

Mətbəx sirləri: göbələk sousunda kartof küftələri

Milli.Az göbələk sousunda kartof kotletlərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi
(10 pay):

duzsuz kərə yağı
1 yumurta
1 kq kartof
400 q şampinyon
200 ml 20%-li qaymaq
1 x.q. əla növ buğda unu
1 soğan

Kartofu təmizləyib hazır olanadək suda bişirin.

Suyunu süzün, yumurta və 50 ml kərə yağı əlavə edin, püre hazırlayın.

Püredən küftələr tutun, una batırıb qızılı rəng alanadək yağda qovurun (hərtərəfli).

Soğanı xırda kubik doğrayıb bitki yağında qovurun.

Göbələyi doğrayıb soğanla birlikdə qovurun.

Azca un, duz, istiot, qaymaq vurub vam odda bir qədər bişirin.

Sinini yağlayın, kartof küftələrini içinə düzün. Göbələk sousunu üzərinə tökün, 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm