96 yaşlı yoqa müəlliməsi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

96 yaşlı yoqa müəlliməsi - FOTOLAR

ABŞ-ın Nyu-York şəhər sakini 96 yaşlı Tao Porçon-Linç adlı qadın hər səhər saat 5-də tələbələrinə yoqa dərsi keçir. Yaşlı qadın yaşının fərqinə baxmadan tələbələrə əyilmək, dartınmaq və bu kimi çətin yoqa hərəkətlərini öyrədir. Qadın artıq 70 ildir yoqa dərsləri ilə məşğul olur və o heç bir ağrıdan da şikayətçi deyil.

Bu azmış kimi, qadın rəqs dərnəyi də açıb. Rəqs döşəməsində 92 yaşlı qadının tərəf müqabili isə özündən 70 yaş gənc olan 26 yaşlı Vard Marqarindir.

O, hələ 80 yaşındaykən tanqo rəqsləri üzrə keçirilən müsabiqədə qalib gəlib. Tao Porçon-Linçin atası fransız anası isə hindistanlı olub. Gəncliyində qadın model kimi çalışıb. Bundan əlavə, o 1951 və 1954-cü illərdə filmlərdə çəkilib.

Yaşlı qadın yoqa ilə 8 yaşı olarkən məşğul olmağa başlayıb. O vaxtdan etibarən Tao Porçon-Linç bütün həyatını yoqaya sərf etməyi düşünüb. Taonun əri 20 il bundan qabaq vəfat edib. O, yoqanın nəinki bədən, hətta qəlb və yaddaşı da gücləndirdiyini etiraf edib. Qadın deyib: "Yoqa ağıl, bədən və ruhu birləşdirir. Yoqa sanki təbiətdir. Buna görə də təbiət özünü müalicə etdiyi kimi, mən də yoqa ilə özümü sağalda bilirəm. Yoqa stressdən çıxardır və depressiyaya düşməyə imkan vermir".

Tao bu vaxta qədər yalnız bud və biləyindən müalicə alıb. Qadını sağlam və cavan qalmasında yoqa ilə yanaşı, vegeterian həyat tərzi sürməsi və gün ərzində bir qədəh şərab və şokolad böyük rol oynayır. Meyvə və az qidalanmağı da Tao sağlam qalmaq üçün əsas şərtlərdən biri hesab edir.

Tao Porçon-Linç 2012-ci ildə ən yaşlı yoqa təlimatçısı kimi Ginnesin Rekordlar kitabına düşüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm