Zorlanmış qızın etiraz üsulu: o, özüylə döşək gəzdirir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Zorlanmış qızın etiraz üsulu: o, özüylə döşək gəzdirir – FOTOLAR

Zorakılıq qurbanı olan qız maraqlı bir etiraz üsulu seçib. Kolumbiya universitetinin tələbəsi Emma Şukovits hara getməsindən asılı olmayaraq, özü ilə döşək aparır. O, bununla indiyədək cəzasız qalan cinayətkarı axtarmaq istiqamətində heç bir iş görməyən universitet rəhbərliyinə etiraz edir.

Emma döşəyi günahkar tələbə təhsil müəssisindən qovulanadək özüylə daşıyacağını bildirib. Qızın daşıdığı döşək isə zorlanma hadisəsinin "şahididir". Onun zorlayan tələbə bəd əməlini qızın qaldığı yataqxanada, məhz bu döşəyin üzərində yerinə yetirib. Ağır çəkili döşək qızın keçirdiyi əzabları simvolizə edir.

Emma keçirdiyi aksiyanı yaymağı düşünür. Əslində, hadisə 2011-ci ildə baş verib. Lakin o həqiqətləri yalnız 3 ildən sonra ifşa etməyə qərar verib. Qız baş verən hadisədən utandığı üçün cinayət hadisəsindən sonra polisə müraciət etməyib.

Üstəlik, Emma onu zorlayan şəxsin adını mətbuata açıqlamayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm