Musiqiçinin vəfatına görə iki gün matəm elan olundu
Bizi izləyin

Bilgi.az

Musiqiçinin vəfatına görə iki gün matəm elan olundu

Məşhur argentinalı musiqiçi Qustavo Serati dörd il komada qaldıqdan sonra vəfat edib.

56 yaşlı musiqiçi paytaxt Buenos-Ayres xəstəxanalarının birində dünyasını dəyişib.

Qeyd edək ki, məşhur musiqiçi 2010-cu ildə insult keçirib. Qustavo Serati - "Soda Stereo" Latın Amerika musiqi qrupunun musiqiçilərindən biri olub. Onunla işlədiyi 15 il müddətində kollektiv 7 milyon albom sata bilib. Qrupun dağılmasından sonra o, ABŞ və Latın Amerikasında məşhurlaşaraq solo karyeraya başlayıb.

Serati Latın Amerikasında məşhur rok ifaçısı olub. Argentinalı ifaçı Latın Amerikasında rok musiqisinin əfsanəsi hesab edilib. Dörd il bundan əvvəl konsertdən sonra insult keçirərək komaya düşüb.

Argentina prezidenti Kristina Kirşner onun vəfatı ilə əlaqədar olaraq ölkədə 2 günlük ümummilli matəm elan edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm