Bakirəliklə bağlı maraqlı adət-ənənələr
Bizi izləyin

Bilgi.az

Bakirəliklə bağlı maraqlı adət-ənənələr

Bakirəlik anatomik baxımdan qızlıq pərdəsinin zədələnməmiş qalmasıdır. Bu, geniş anlamda seksual fəaliyyətin olmamasından xəbər verir. Müxtəlif xalqlarda isə bakirəliklə bağlı maraqlı adət-ənənələr mövcuddur.

Məsələn, lap qədim zamanlarda Cənubi Amerika xalqları arasında qız uşağı doğularkən və ya böyüdükdən sonra onun bakirəliyi anası tərəfindən pozulurdu. Elə Perunun özündə belə bir ənənə olub: ana ictimai yerdə, hamının gözü qarşısında qızını bakirəlikdən məhrum edirdi. Bu adətKamçatka və Madaqaskarda da mövcud olub.

Filippin və Mərkəzi Afrikada bakirəlik nəslin ağbirçəyi tərəfindən pozulub. Elə vaxtlarda olub ki, qızlar meşəyə gedərək öz bakirəliklərini heyvan dərisi geyinmiş və heyvan buynuzu taxmış dərviş-keşişlərə qurban ediblər. Eramızdan əvvəlki dövrdə yaşamış bu keşişlər adətən öküz, at, keçi, canavar kimi heyvanların dərisini geyinirdilər.

Qədim Roma və yunan tibb mətnlərinə görə, qızlar yetkinliyə 14 yaşında çatırmışlar. Bu vaxta qədər isə onlar paltarsız da gəzə bilirdilər. Hətta bəzi əyalətlərdə qadının evliliyə qədər bakirə qalması biabırçılıq hesab olunurdu. O, toya qədər Böyük İlahə məbədində qızlıqdan məhrum edilməli idi. Yunanıstanda Böyük İlahəni Afrodita, Babilistanda İştar, Finikiyada isə Astrataadlandırıblar.

Müəyyən olunmuş gün qız məbədə gələrək orada rast gəldiyi istənilən kişiyə bakirəliyini ləğv etməyə imkan verirdi. Kişi isə öz növbəsində qızı soyundura bilməzdi. Bu, məbədin təhqir olunması hesab edilib.

Şərqdə isə "kadeberiz" deyilən insanların yeganə peşəsi toyqabağı qızların bakirəliyini pozmaq olub. Bakirəlikdən məhrum etmə həm məsuliyyətli, həm də təhlükəli iş hesab edilib.

Qədim Skandinaviya qəbilələrində isə belə bir adət olub. Zifaf gecəsinin ilk günü gecə vaxtı cadugər bakirə qızı meşəyə aparırmış. O, meşədə od qalayaraq ilahə Freya üçün sığın və qabanı qurban verirdi. Yalnız bundan sonra o, müqəddəs cinsi əlaqəyə girirdi. Bakirəlik pozulmasa və qanaxma olmasa, bu o demək idi ki, ilahə qurbanı qəbul etməyib. Düzdür, bundan sonra ikinci cəhd olurdu. Amma bu ikinci cəhd də uğursuzluqla başa çatardısa, qızı allahlar tərəfindən tərk edilmiş elan edərək onu daimi tənhalığa məhkum edərdilər. Belə hallarda nikah ləğv edilirdi və toyu baş tutmamış bəyə yeni arvad axtarırdılar.

Misir, Səudiyyə Ərəbistanı və bir çox müsəlman ölkələrində indiyədək belə bir adət ənənə qorunub saxlanılır. Təmtəraqla keçirilən bakirəliyi ləğv etmə mərasimində qızın bakirəliyi ağ parçaya bürünmüş sağ əlin şəhadət barmağı ilə deşilir. Bu zaman isə, sözsüz ki, parça qırmızıya boyanmalıdır.

Qədim ruslarda isə belə bir xalq adəti olub: bəyin dostu ilk toy gecəsində gənclərin yanında dururdu. Əgər bəy "tapşırığın" öhdəsindən gələ bilmirdisə, onda bunu onun dostu edirdi.

Okeaniyada, ənənəyə görə, ər gələcək arvadını bir neçə dostunun yanına aparır. Dostlar gələcək gəlinlə bir neçə gün bir yerdə qaldıqdan sonra geri qayıdırdılar.

Sumatra adasında yaşayan qəbilələrdə isə bakirəliyin pozulmasına adətən ata, əmilər və ana tərəfdən istənilən yaşda olan insan kömək edirdi. Bəzən qızın "bəxtini açmaq üçün" 10-70 yaş arasında olan istənilən 25 kişi düzülərdi.

Qədim Hindistanda bakirəliyi bu işin "ustası" pulla edirdi. Bakirəliyin pozulması daş, ağac və ya digər materiallarla həyata keçirilirdi.

Papua-Yeni Qvineyada qızın bakirəliyini yalnız baş kahin poza bilərdi. Bu iş taxta bıçaqla yerinə yetirilirdi. Bundan sonra ər arvadının "testdən" keçməsini yoxlamaq üçün onu digər kişilərə təklif edirdi. Yalnız sınaqdan uğurla keçdikdən sonra qadınla toy baş tutardı.

Sibir və şimalın digər xalqları arasında bakirəliyin pozulması üçün digər millətdən olan yad bir insan dəvət edilirdi. Guya qız qanını yad kişinin üzərinə tökməklə əcdadlarının qəzəbindən azad olurdu.

Bakirəliyin pozulması ilə bağlı olan ən dəhşətli adət-ənənə Afrikanın ekvatorial qəbilələrində qeydə alınıb. Onları meşəyə aparmaqla ərin etməli olduğu işi erkək qorillaya gördürürlər. Qız qorillanın diqqətini cəlb edə bilməsə o, potensial arvad olmaq şansını itirmək təhlükəsi qarşısında qalır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm