Valideynlərini məhkəməyə verdi
Bizi izləyin

Bilgi.az

Valideynlərini məhkəməyə verdi

Çində yaşayan 29 yaşlı Kunq Senksunin hərəkəti ölkə mediasında əks-səda yaradıb.

Belə ki, o, valideynlərini onlardan maliyyə yardımı ala bilmədiyi üçün məhkəməyə verib. Kunqun yaşı çox olsa da, ata-anasından maliyyə yardımı gözləyir. Buna görə də media 29 yaşlı bu adama "uşaq-kişi" adı verilib.

Kunqun dediyinə görə, o, məktəbi bitirdikdən sonra ağac işləməsi və bərbərlik üzrə kurs keçib. Bundan sonra Kunq qısamüddətli də olsa, bərbər işləyib. Lakin səhvən oğurluqda günahlandırılaraq döyülüb və işdən qovulub. Bundan sonra o, heç yerdə işləməyib.

Beləliklə, Kunq tüfeyli həyat sürərək valideynlərinin evində yaşamağa başlayıb. O, bütün gününü yatmaq və telefonla oynamaqla keçirib. Onun bu davranışından bezən valideynləri övladlarından yaxa qurtarmaq istəyiblər. Valideynləri Kunqdan evi tərk etməyi tələb ediblər.

Kunqun atası deyir: "O, hər dəfə zəng edib bizdən pul istəyir. Düşünür ki, valideynləri onu maliyyə cəhətdən təmin etməlidir. Mənim heç işləmək üçün gücüm qalmayıb. O isə gəncdir, işləyə bilər. Nəyə görə o, bizə maliyyə yardımı etməsin?"

Cavab zərbəsi kimi Kunq valideynlərini məhkəməyə vermək üçün vəkil tutub. O, incəsənət məktəbində portret model kimi işə düzəlib, lakin işindən narazıdır. Yeni işində Kinq 4-5 saat rəssamın qarşısında dayanmalıdır. O, deyib: "İşim yorucudur və stabil deyil. Bilinmir ki, sabah nə olacaq. Mən özüm özümü saxlaya bimirəm. Valideynlərimin məni təmin etmək üçün kifayət qədər gücü var, lakin kömək etmirlər. Buna görə də onları məhkəməyə vermək istəyirəm".

Maraqlıdır ki, Çində artıq ikinci dəfədir övlad valideynlərini məhkəməyə verir. Bir ay bundan qabaq 29 yaşlı Su Kinq adlı gənc işə getməkdən imtina edərək valideynlərindən onu və sevgilisini təmin etməsini istəmişdi. Mütəxəssislər hesab edir ki, bu hallar Çində "hər ailəyə 1 uşaq" siyasətinin əks-təsirləridir. Bu siyasətin yürüdülməsi nəticəsində cəmiyyətdə korlanmış gənclərin sayı getdikcə artır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm