Yerli amazonlar ağac kəsənləri döydülər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yerli amazonlar ağac kəsənləri döydülər – FOTOLAR

Yerli amazonlar meşələrdə qanunsuz ağac kəsənlərə qarşı sərt tədbir görüblər.

Publika.az xəbər verir ki, qanunsuz ağac kəsənlərə qarşı meşəni növbə ilə mühafizə edən Kaapor qəbiləsinin döyüşçüləri düşərgələrə basqın edib cinayətkarları zopalarla döyüblər.

Amazondakı qanunsuz ağac kəsilməsinə qarşı hökumət lazımi qədər tədbir görmədiyindən yerlilər özləri əlac tapmağa çalışıblar.

Kaapir qəbiləsi ən yaxşı döyüşçülərini toplayıb ağac kəsənləri torpaqlarından qovmaq istəyib. Bundan sonra daha dörd qəbilə bu mübarizəyə qoşulub. Meşədə yoxlamaya çıxan yerlilər qanunsuz ağac kəsənlərin düşərgələrini basıb, əllərini arxadan bağlayaraq onları zopalarla döyüblər.

Bununla da kifayətlənməyən yerlilər qanunsuz ağac kəsənlərin kötükləri yüklədiyi yük avtomobillərini də yandırıblar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm