Bilgi.az
Telepatiya təcrübəsi özünü doğrultdu - VİDEO
Telepatiya uzaq məsafədən fikirləri oxumaq bacarığına deyilir.
Bu fenomen qədim zamanlardan bəri mütəxəssislərin diqqətini cəlb edib. Hətta el arasında "ürəyimə dammışdı ki, bunu deyəcəksən", "qorxudan ürəyim çırpınır" kimi ifadələr telepatiya nümunəsi ola bilər.
Hindistanda telepatiya ilə maraqlı bir tədqiqat aparılıb. Dünyanın ilk uğurlu telepatik təcrübəsində zehni ismarıc bir insandan digər insana, 6437 kilometrlik məsafəyədək göndərilib.
Alimlərin apardığı təcrübədə Hindistanda bir insan internetə qoşulmuş qurğunun qulaqlığını taxıb. Eyni vaxtda Parisdə başqa bir adama da oxşar qurğunun qulaqlığından istifadə etmək tapşırığı verilib. Birinci şəxs beynində "Salam" kəlməsini fikirləşən kimi parisdəki tərəf müqabili onun nə düşündüyünü anlayıb.
"Salam" kəlməsi söz kimi yazılmayanda, tələffüz olunanda belə, bunu düşünmək kifayətdir ki, beynin görmə nahiyəsində "Salam" kəlməsini nəzərdə tutan siqnallar daxil olsun.
Təcrübənin üzərində 10 il iş gedib və eksperiment Amerikanın Harvard Universitetinin qabaqcıl alimlər qrupu tərəfindən həyata keçirilib.
Tədqiqat üzvlərindən biri deyib: "Telepatiya, sanki, yuxu kimidir, lakin bu sehir deyil, gerçəkdir. Biz telepatiya üçün beyni elektrik maqnitli texnologiya ilə birləşdiririk".
Nura
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək