Peşəkar ağlayanlar (FOTO)
Bizi izləyin

Bilgi.az

Peşəkar ağlayanlar (FOTO)

Tayvanda dramatik cənazə mərasimi səhnəsi mərhumların qohumları üçün çox ciddi məsələdir. Məsələ o qədər ciddidir ki, varlı ailələr öz əzizlərinin cənazə mərasimlərində bu atmosfreanı yaratmaq üçün peşəkar ağlayanlar tuturlar. Bu peşəkarlar yerdə sürünə-sürünə oxuyaraq acılarını nümayiş etdirməlidirlər.

ANS PRESS-in məlumatına görə, bu tendensiya Tayvanda 70-ci illərdə, oğullar və qızlar kəndlərdə öz ailələrini buraxıb böyük şəhərlərə iş axtarmağa getdikdən sonra yaranıb. O zamanlar nəqliyyatda böyük problemlər olduğundan, valideynlərdən biri rəhmətə getdikdə gənclər dəfn mərasiminə yetişə bilmirdilər.

Nəticədə oğul və ya qız peşəkar ağlayanlar tutmağa başladılar. Onlar bununla öz valideynlərinin ruhlarını yüksək səviyyədə yad etdiklərini düşünürlər. Bundan əlavə, hər tayvanlı gəncin yetərincə göz yaşı yoxdur ki, əzizi üçün ağlasın. Və, burada da peşəkar ağlayanlar köməyə çatır. Onlar qəmli mahnılar oxuyur, rəqs edir və dəfn mərasimində iştirak edən hər kəsə öz hislərini sərbəst şəkildə büruzə verməyə imkan yaradırlar.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm