Keçəl qadınlar təqvimin üz qabığında – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Keçəl qadınlar təqvimin üz qabığında – FOTOLAR

Böyük Britaniyada qeyri-adi modellər təqvim üçün çılpaq poza veriblər. 2015-ci il üçün hazırlanacaq təqvim üçün poza verən qadınların hamısı keçəldir.

Təqvimin satışından əldə olunan gəlir isə alopesiya (keçəlləşmə, saç tökülməsi) xəstəliyindən əziyyət çəkənlərin fonduna köçürüləcək. Təqvimin səhifələri üçün çəkilən qadınlar da öz istəkləriylə keçəl olmayıblar. Çəkilişlərdə iştirak edən qadınların hamısı kişiləri mat qoyan xəstəlikdən əziyyət çəkir. Jurnal üçün poza verən bu 12 qadın keçəl insanların da gözəl olduğunu sübut etmək istəyiblər.

Hərəkatın təşkilatçısı deyib: "Çılpaq modellərin çəkildiyi bir çox təqvimlər mövcuddur. Lakin keçəl çəkilməyə razı olan qadınlar ilk dəfə idi ki, ictimaiyyət qarşısına çıxırdı. Hər zaman parikdə çıxan qadınlar bu dəfə öz həqiqi görünüşlərini dünyaya göstərdilər".

Təqvim "Keçəl və Gözəl" (PrettyBald) saytı ilə 10 funta satılır.

Qeyd edək ki, alopesiya baş nahiyəsində saçların tam və ya qismən seyrəkləşməsidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm