Dərsə getmədiyi üçün həbs edildi
Bizi izləyin

Bilgi.az

Dərsə getmədiyi üçün həbs edildi

Florida polisi məktəbə getməkdəm imtina edən 15 yaşlı şagirdi həbs edib. Hüquq mühafizə orqanları oğlanın anası çağırıblar. Qadın oğlunu internet, mobil telefon və kompüterdən məhrum etsə də, uşaq bir daha məktəbə getməyəcəyini bildirib.

Çağırışa gələn hüquq mühafizə orqanları adı açıqlanmayan şagirdin məktəbə getməyəcəyi təqdirdə, onu həbs edəcəkləri ilə hədələyiblər. Bu hədəyə baxmayaraq, şagird məktəbə getməkdən imtina edib. Polislər isə öz növbəsində şagirdin qollarına qandal keçirərək onu həbsxanaya aparıblar. Lakin sonradan şagird azad edilərək anasına təhvil verilib.

İş ondadır ki, oğlanın ailəsi Nyu-Yorkdan Floridaya köçüb və o, yeni köçdükləri şəhər məktəbinə getməkdən imtina edir. Lakin anasının sözlərinə görə, oğlan elə Nyu-Yorkda da məktəbdən tez-tez qalıb və dərslərini pis oxuyub.

Həbsdən azad edilən oğlanın hazırda məktəbə gedib-getmədiyi məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm