• USD 1,7010 0,00% EUR 1,9984 +0,93%
    • GBP 2,2356 +0,97% RUB 0,0286 +0,70%

Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını (FOTOLAR)

  • Bilgi.az
  • 8 Sentyabr 2014 18:30
  • 809 Baxış
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını (FOTOLAR)

Psixoloqlar iddia edirlər ki, qadınlar kişilərlə müqayisədə nadir hallarda silsilə qətllər törətsələr də, bu zaman xüsusi amansızlıqla hərəkət edirlər.

İnsanlıq tarixində ən qəddar və təhlükəli 12 qadını təqdim edirik:

1. Darya Nikolayevna Saltikova (1730—1801)
Bu dünyanın ən qəddar qadını kimi tarixə düşən rus mülkədar qadınıdır. Sadist və qatil qadın 139 kəndlisini öldürtdürüb. Öldürülənlərin çoxu qadınlar və qızlar olub. Darya Nikolayevna Saltikova ölüm hökmü verilib, lakin edam monastr həbsxanası ilə dəyişdirilib.

2. Kraliça I Mariya (1516-1558)
İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxaraq özünü Kraliça və Anqlikan kilsəsinin (İngiltərədə protestant dininin bir qolu) başçısı elan edir. Ölkədə restavrasiya dövrü protestantların qəddar edamı fonunda aparılır. Günahsız insan öldürülür, asılır və yandırılır. Xalq onu Qanlı Mariya adlandırırdı.

3. Mayra Hindli (1942-2002).
Silsilə qətllər törədən qadın killer xanım dostu İen Brayenlə "ingiltərəli Bonni və Klayd" adı almış Marya Hindli. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb, ölənə qədər işgəncə verərək öldürüblər. Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar edirdi. Bonni və Klaydın öz cinayətlərini tarixə salmaq üçün yazdıqları audioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.
Ömürlük həbsə məhkum olan bu qatil qadınlar öz əməllərindən peşman olmadılar. Hökm elan olunan vaxt sakitcə oturub dondurma yeyərək məhkəmə iclasının sonunu gözləyirdi. Marya Hindli həbsxana xəstəxanasında ürək tutmasından ölüb.

4. İzabella Kastilskaya (1451-1504)
İzabella Kastilskaya və əri Ferdinand Araqonski İspaniyanın birləşməsində və güclü dövlət qurulmasında başlanğıc idilər. Kraliça həmçinin məşhur səyyah Kristofer Kolumbun himayədarı kimi tarixə düşür. O, qeyri-katoliklərə qarşı münasibətində qəddarlığı ilə şöhrət qazanmışdı. Çılğın və əsl katolik qadın dini təmizləmələr epoxasını başlayır. İzabel Kastilskayanın dövründə İspaniyanı yəhudi və ərəblərdən ibarət 200 minə yaxın insan tərk etmişdi. Qalanlar xaçpərəstliyi qəbul etməyə məcbur edirdilər. İzabellanın əmri ilə qeyri-xaçpərəstlərin tonqalda yandırılırdılar.

5. Beverli Eplit (1968)
İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürmüşdür, daha beşini isə ciddi zədələmişdi. O uşaqların qanına küllü miqdarda insulin vuraraq onlarda ürəkağrısı yaradırdı.

6. Bell Qannes (1859-1931).
Bu xanım Amerikanın tarixində ən məşhur qatil qadın olub. O, iki ərini, qızlarını, bir-neçə sevgilisini öldürmüşdü. Onun əsas hədəfi-siğorta şirkətləri ilə ölmüş insanların yerinə pul almaq idi. Onun hesabında 30-a yaxın qətl var.

7. Meri Enn Kotton (1832-1873)
Arsenat turşusu ilə 20-ə yaxın insanı zəhərləyərək öldürüb. Həyatı boyunca bir neçə ərini, uşaqlarını və hətta öz anasını öldürmüşdü. O, öldüdüyü insanlara əzab verməyi sevirdi. Merinin qohumlarının, ətrafındakı insanların eyni dərddən ölməsi polisi şübhələndirir və qatil qadın həbs edilir. Onun asılmasını yerinə yetirən cəllad, bilərəkdən kətili ayağının altından çəkməyi "unudur" və onun əzablarını uzadır.

8. Elza Kox (1906-1967)
"Buxenvald qarı"sı kimi məşhur olan bu xanım konslaqerin komendatının arvadı idi. O həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox 1967-ci ildə türmədə özünə qəsd eləmişdi.

9. İrma Qriz (1923-1945)
Hitler Almaniyasının ən dəhşətli əsir düşərgələrindən birində nəzarətçi işləyirdi. Bu qadın həbs olunmuşlara həm fiziki, həm də psixoloji təsir göstərirdi. Qriz həbs olunmuşlara atəş açaraq əylənirdi. O itlərini soyuqda saxlayıb, sonra əsirlərin üstünə buraxırdı.

10. Ketrin Nayt (1956)
Avstraliyanın tarixində ömürlük həbsxana həyatına məhkum olunmuş ilk qadını. 2001-ci ilin oktyabrında ailə münaqişəsındə ərini öldürüb, bədənini hissələrə ayırıb, sonra isə ölmüş cəsədi təhqir etmişdi.

11. Erjebet Batoriy (1560-1614).
Qana boyanmış dama kimi tanınmış Macarıstan qrafinyası. O, öz qulluqçularını və kəndlilərini əziyyətlər verərək öldürürdü. Onları döyüb, əllərini, üzlərini və bədənlərinin digər hissələrini də yandırdı, diri-diri dərilərini soyurdu və zorlayıb öldürürdü. Erjebeti 1610-cu ildə öz evində gözaltına almışdılar. Məhkəmə prosesində onun öldürdüyqurbanlarının sayının 40 və ya 50 nəfər olduğu bildirilir. Lakin qadının qulluqçularından biri bu na etiraz edərək deyir ki, evdən yüzlərlə cəsəd çıxarılıb. O, 1614-cü ildə öz əcəli ilə ölüb.

12. Yekaterina Mediçi (1519 — 1559)
Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı Kraliça Yekaterina Mediçi. O, 14 yaşında Şahzadə II Henrik de Valyaya ərə gedib.Fransa tarixinin ən qəddar qadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında 24 avqust 1572-ci ildə törədilmiş qanlı "Valfolamey gecəsi"nin əsas təşəbbüskarıdır.

anspress.com

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR