Sabah “Super Ay” görünəcək
Bizi izləyin

Bilgi.az

Sabah “Super Ay” görünəcək

Sentyabrın 9-da Ay tam fərqli şəkildə görünəcək.

Axar.az xəbər verir ki, Yer kürəsinin sakinləri sentyabr ayının 9-da bu il üçün sonuncu olan "Super Ay"ı müşahidə edə biləcəklər. Budəfəki Ay adi günlərdəkindən 14% böyük və 30% parlaq görünəcək. "Super Ay" zamanı Ay Yer kürəsinə 50 min kilometr yaxınlaşacaq.

Xatırladaq ki, Yer kürəsinin sakinləri bu il ərzində artıq iki dəfə - 12 iyul və 10 avqust tarixlərində bu qeyri-adi hadisənin şahidi olublar.

Qeyd edək ki, Ayın Yer ətrafında hərəkət orbiti dairəvidir. Amma "Super Ay" zamanı orbit ellips formasında olur. Belə olan halda Ay öz oval formasında olan orbiti ətrafında fırlanarkən, Yerə gah yaxın, gah da uzaq olur. Bu hərəkət zamanı Ayın Yerə ən yaxın olan hissəsi periqey, yəni "Super Ay" adlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm