Marsda axar su tapılıb? – VİDEO
Bizi izləyin

Bilgi.az

Marsda axar su tapılıb? – VİDEO

"Curiosity" cihazı Mars planetində həyat əlamətlərinin axtarışını davam etdirir.

Avqustun 7-də alınan yeni şəkildə astronomlar Qırmızı planetin səthində axar suyu xatırladan izlər tapıb.

Cihazın Yerə göndərdiyi fotolarda Marsın səthində su gölməçəsinin izləri açıq aydın görünür. Suyun izlərinə baxdıqda onun sanki iki daş arasından axaraq özünə yol açması barədə ehtimal yaranır. Daşın yanında buna oxşar digər "su ləkələri" də var, lakin bu su artıq qurumaq üzrədir.

NASA agentliyi isə şəkillə bağlı heç bir şərh bildirməyib. Lakin rəsmi məlumatlara görə, Marsda su planetin səthinə çıxmaq üçün kifayət qədər deyil.

Nura

Disclose.tv - Running Water Found On Mars? 2014 HD Available

Oxumağa davam et
Reklam
Reklam

Gündəm