Mehtablı gecələr yuxu sisteminə mənfi təsir edir
Bizi izləyin

Bilgi.az

Mehtablı gecələr yuxu sisteminə mənfi təsir edir

Yeni aparılmış tədqiqatlar mehtablı gecələrin nəinki vampirlərə, hətta adi insanların da yuxusuna pis təsir etdiyini müəyyənləşdiriblər.

Ayın bütöv olması bir çox insanlarda yuxunun davamlılığının azalmasına, bundan əlavə, dərin yuxu fazasının aşağı düşməsinə gətirib çıxarır.

Tədqiqat Kanadanın Toronto Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Nəticələrə görə, mehtablı gecələrdə insanlar yuxulamaq üçün 1 saat sərf edirlər. Bədr gecələrində qadınlar yuxuya getmək üçün orta hesabla 52 dəqiqə vaxt sərf edirlər ki, bu da adi vaxtlarla müqayisədə 25-30 dəqiqə çoxdur. Kişilər isə belə vaxtlarda yuxuya getmək üçün 60 dəqiqə - adətən olduğundan iki dəfə çox vaxt sərf edirlər.

Ta qədim zamanlardan Ayın insan sağlamlığına və davranışına təsir etməsi haqda fikirlər yürüdülüb. 2006-cı il İsveçrənin Bern Universitetinin alimləri Ayın görünmədiyi vaxt insanın orta hesabla 6 saat 49 dəqiqə yatdığını müəyyən ediblər. Lakin mehtablı gecələrdə insanlar yuxuya 6 saat 41 dəqiqə vaxt sərf edirlər.

Bundan əlavə, alimlər ayın bütöv olmasının insanlarda həyəcan, depressiya hallarının, sidik kisəsi və toxuma xəstəliklərinin şiddətlənməsi ilə əlaqəli olmasını aşkarlayıblar.

Alimlərin fikrincə, Ayın cazibə qüvvəsi insanların baş beyninə təsir edir. Nəticədə, üzərində tədqiqat aparılan 300 insan məhz mehtablı gecələri yuxusuz keçirdiklərini və ya səhəri çətinliklə açdıqlarını bildiriblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm