Bilgi.az
Özünə paltar “tikən” meymun – FOTOLAR
Böyük Britaniyanın Peyton zooparkında yaşayan 16 yaşlı dişi oranqutan turist və heyvanxana işçilərini təəccübləndirib.
Xarici mətbuatın verdiyi məlumata görə, zooparkda yaşayan 16 yaşlı oranqutan turistlərin qarşısına "paltarda" çıxıb.
Oranqutan öz geyimini köhnə qəhvə kisəsindən hazırlayıb. Sən demə, zoopark əməkdaşları "Costa Rica Plantation" şirkətinin qəhvə kisələrini meymunlara verib. Onlar heyvanların bu kisələrlə nə edəcəyini bilmək istəyiblər.
Tədqiqatın müəllifi deyib: "Biz, sadəcə, yoxlamaq istəyirdik ki, oranqutanlar nə dərəcədə kisə ilə maraqlanacaq və onların hiyləgərliyi nə dərəcədə inkişaf edib".
Əvvəlcə orqanqutanlar əllərinə düşən kisədən yaşayış məqsədi ilə istifadə etməyə başlayıb: "Kisələr meşədə yetişən iri yarpaqları əvəz edib, onlar bu çuvallardan dam və pərdə əvəzinə yararlanıblar. Bununla da, meymunlar istidən, soyuqdan və yad gözlərdən qorunur. Bundan əlavə, kisənin iyi onlara xoş gəldiyi üçün onu yaş edib suyunu içir və özünü də çeynəyir".
Qambira adlı oranqutan isə daha da irəli gedərək başını və qollarını çıxartmaq üçün kisədə dəlik açıb. O elə kisəni əyninə keçirərək, beləcə gəzintiyə çıxıb. Bu isə turistlərdə gülüş doğurub.
Bu tədqiqat meymunlarda intellekt olduğunu sübut edir.
İndi isə zoopark əməkdaşları Qambiraya papaq və çanta "tikmək" üçün daha bir kisə verməyi planlaşdırırlar.
Nura
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO