Əlləri olmayan gənc sürücülük vəsiqəsi aldı – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Əlləri olmayan gənc sürücülük vəsiqəsi aldı – FOTO/VİDEO

Latviyada əlləri olmayan şikəst gəncə sürücülük vəsiqəsi verilib.

Publika.az "TB-5" kanalına istinadən xəbər verir ki, Qatis Çaunutis əlləri olmadan da, ayaqları ilə avtomobili məharətlə idarə etməyi öyrənib.

Xoşbəxtlikdən, elə bu yaxınlarda ölkədə avtomat ötürücü ilə idarə olunan avtomobillərlə imtahandan keçməyə icazə verilib.

Qatis Latviyanın Veçbebri şəhərində yaşayır. Bu ərazi sürücülük məktəbindən 47 kilometr aralıdadır. Onu məktəbə valideynləri aparıb-gətirib.

Şikəst gənc imtahan zamanı həyəcanlansa da, sınaqdan uğurla keçib. Sürücülük vəsiqəsi aldıqdan sonra məktəbə gələrək, sevincini müəllimləri ilə bölüşüb.

Qatis bir ayağı ilə sükanı idarə edir, o biri ayağı ilə əyləcə və sürət pedalına basır. Onun idarə etdiyi maşında oturmuş sərnişinlər deyir ki, o, tam təhlükəsiz sürür. Əsas problem digər sürücülərdədir. Onlar yolda avtomobillərinin sürətini azaldaraq şikəst gəncin maşını idarə etməsinə baxırlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm