Həbsxanada yaşayan yeniyetmələr – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Həbsxanada yaşayan yeniyetmələr – FOTOLAR

Syerra-Leone Afrikanın qərbində yerləşən ölkədir. Bir çox Afrika dövlətləri kimi Syerra-Leonedə həyat səviyyəsi aşağıdır, lakin Afrika materikinin ən gözəl təbiətinə də elə burada rast gəlmək mümkündür. Bu yaxınlarda isə ölkədə Ebola virusunun yayılması həyat səviyyəsini bir az da aşağı salır.

Syerra-Leonedə "Pademba" adlanan xüsusi bir həbsxana var. "Pademba" - məhkəmə işini gözləyən yeniyetmələrin toplaşdığı həbsxanadır. Həbsxana yalnız yeniyetmələrin saxlandığı yerdir və fotoqraf Fernando Moleres onlardan bəzilərinin həyatı ilə maraqlanaraq şəkillərini çəkib. Məsələn, yeniyetmə Abdul Moresey hələ uşaq ikən 2007-ci ildə bu həbsxanaya gətirilib. O, dostu ilə çaya çimməyə gedərkən həmyaşıdı suda boğulub. Boğulan uşağın valideynləri günahı Abdulda görüblər. O, ailəsi və vəkili tərəfindən kömək ala bilmədiyindən artıq 4 ildir həbsxanada məhkəmə qərarını gözləyir. Bu təcridxanada yerləşdirilən digər yeniyetmələr də onun kimi hadisələrlə qarşılaşaraq həbs ediliblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm