Qadına çevrilmiş kişi model ölkəni fəth edir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadına çevrilmiş kişi model ölkəni fəth edir – FOTOLAR

Androgin insanlar nə kişi, nə də qadın geninə uyğun gəlməyən insanlardır.

23 yaşlı androgin-model Andrey Pejiç cinsini dəyişərək Andrea olduqdan sonra dünya arenası bir daha cinsi məlum olmayan modelə ehtiyac duyub. Bu dəfə androgin-model kimi çıxış edən 21 yaşlı Stav Straşko olub.

Stav Straşko Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, lakin 2 yaşında valideynləri ilə İsrailə köçüb.

Onun atası narkotik vasitələrə qurşandığından Stav anasının mağazadan qazandığı kassir maaşına dolanmalı olub. 17 yaşı olarkən o, fotoqraf Ron Kedmi tərəfindən kəşf edilib və model kimi fəaliyyət göstərməyə dəvət olunub. Beləliklə də, Stavın model kimi karyerasının başlanğıcına təkan verilib.

Stav lap uşaqlıqdan qadın əşyalarına maraq göstərdiyini və yeniyetməlik vaxtlarında göz makiyajından istifadə etdiyini də etiraf edib.

Əslində, kişi olsa da, o, moda nümayişində qadın paltarlarında çıxış edir. Təl-Əvivdə yaşayan Stav dünyanın müxtəlif yerlərində keçirilən moda nümayişlərində də iştirak edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm