Çılpaq qızları gördü, infarktdan keçindi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çılpaq qızları gördü, infarktdan keçindi – FOTOLAR

Çində yaşayan tibb tələbəsi erotik jurnalda çılpaq qızların şəkillərinə baxdıqdan sonra ürəktutmasından keçinib. 24 yaşlı Çjen Qan bir həftə ərzində 4-cü dəfə sperma bankına gedib və sperma vermək üçün ona çılpaq qızlara baxmaq tövsiyə olunub.

Çjenin spermavermə otağından çıxmadığını görən tibb bacıları kabinetə daxil olublar. Lakin Çjen otaqda ölü vəziyyətdə tapılıb.

O, kabinetdə 2 saat olub və tibb bacıları onu yerdə huşsuz vəziyyətdə tapıblar. Həkimlərin cəhdinə baxmayaraq, gənc oğlanı həyata qaytarmaq olmayıb.

Oğlanın valideynləri isə övladının ölümündə sperma bankını günahkar bilərək məhkəməyə müraciət ediblər. Lakin məhkəmə Çjeni sperma donor proqramında könüllü iştirak etdiyini bildirərək ittihamları əsassız hesab edib.

2010-cu ildən tibb universitetində oxuyan Çjen 1 həftə ərzində 4 dəfə sperma verib. Çjeninin ailəsi isə oğlunun sperma donor proqramında məcburən iştirak etdiyini bildirərək kompensasiya kimi 8 min dollar tələb edib. Bundan əlavə, valideynləri oğlana yardım edə bilməyən tibbi personalı da günahlandırıb.

Məhkəmə baş vermiş hadisədə tibb işçilərini günahlandırmasa da, ailə üzvlərinə kompensasiya kimi 31 min dollar, Çjenin dəfni üçünsə 13 min dolların ödənilməsi qərarını çıxarıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm