Ən təsirli an – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən təsirli an – FOTOLAR

ABŞ-ın Minnesota ştatında əsgərlər arasında təsirli bir an qeydə alınıb.

Belə ki, Əfqanıstanda 9 ay xidmətdən sonra əsgərlər tərxis edilib: uzun müddətdən sonra, nəhayət, onlar ailələri ilə görüşə tələsiblər.

Tərxis olma əmrini gözləyən əsgərlərin diqqətini 3 yaşlı Kuper Voldvogel yayındırıb.

Hərbi protokolu pozan 3 yaşlı uşaq sırada duran tərxis olunmuş anası Ketrinə tərəf qaçıb. Milli Qvardiyanın əsgərləri nizamı qorumağa çalışsa da, ana-balanın yaratdığı təsirli anda göz yaşlarını və təbəssümünü saxlaya bilməyiblər.

25 yaşlı Ketrin isə heç bir şeyə baxmadan azyaşlı övladını qucağına alıb. Qadın deyib: "Mənim ağlımda onu qucaqlamaq idi, daha heç bir şey haqda düşünmürdüm".

Qeyd edək ki, əvvəlcədən Milli Qvardiyanın hərbçilərinə sırada duran ailə üzvləri ilə əlaqədə olmamaq əmri verilib.

Üç yaşlı Kurtun atası da hərbçidir. 18 aydan sonra uşaq, ilk dəfədir ki, hər iki valideyni ilə birgə ola biləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm