Aktyor nəfəsinin qiyməti – FOTO
Bizi izləyin

Bilgi.az

Aktyor nəfəsinin qiyməti – FOTO

İnternet vasitəsilə bir çox qəribə əşyaların satışa qoyulmasının şahidi olmuşuq.

Məsələn, kimi "cin tutmuş" gəlincik, kimi istifadə olunmuş corablarını, kimi də ötən əsrdən qalma yemək qalıqlarını satışa qoyur. Lakin Vankuver sakinlərindən biri məşhur Hollivud aktyoru Kevin Speysinin nəfəsi doldurulmuş bankanı satışa çıxarıb.

Adı açıqlanmayan satıcı aktyorun nəfəsini "Amerikasayağı gözəllik" filminin çəkilişləri zamanı əldə edib. Fasilə vaxtı aktyor toyuq əti ilə makaron yeyərkən pərəstişkarlarından biri ona yaxınlaşaraq bankanın içərisinə nəfəsini buraxmasını xahiş edib. Pərəstişkar bankaya doldurulmuş makaronlu toyuq qoxan nəfəsini anasına hədiyyə etmək istəyib, çünki anası da Kevin Speysini çox sevirmiş.

İndi isə adı açıqlanmayan oğlan nəfəs dolu bankanı satışa çıxarıb.

Aktyor nəfəsinin qiyməti açıqlanmır.

Qeyd edək ki, Kevin Speysi məşhur Amerikan aktyoru və rejissorudur. Filmlərinə görə 2 dəfə "Oskar" mükafatına layiq görülüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm