Borcunu ödəyə bilməyən çinli tələbə: “Sevgilimi bölüşürəm”– FOTOLAR
Bizi izləyin

Bilgi.az

Borcunu ödəyə bilməyən çinli tələbə: “Sevgilimi bölüşürəm”– FOTOLAR

Çində Vey Çu adlı gənc oğlan son model İPhone almaq üçün sevgilisini başqa kişilərə "kirayəyə" verir. Şanxay küçələrində 25 yaşlı universitet tələbəsi Vey, "Sevgilimi bölüşürəm" adlı plakatla görünüb.

Plakat yazısı yoldan keçən insanların diqqətini cəlb edib. Onun sözlərinə görə, "kirayəyə verilən" 21 yaşlı sevgilisi olan Siao Ai başqa kişilərlə yalnız nahar edə və ya dərs oxuya bilər.

Vey Çu sevgilisini "kirayə verməklə" "Apple" şirkətinə məxsus bazara çıxarılacağı gözlənilən iPhone 6 mobil telefonunu almaq niyyətindədir. Onun "kirayəyə verilən" sevgilisi ilə gün keçirtməyin qiyməti belədir: 1 saat -2 dollar, 1 gün - 8 dollar, 1 ay - 82 dollar.

Aksiyanın keçirilməsinə Vey Çunun sevgilisi etiraz etməyib. Əksinə, qız da aksiyada fəal iştirak etmək niyyətindədir.

Maraqlanan şəxslərə isə qızla bağlı qısa bioqrafiya, onun çəkisi, boyu və hobbisi haqda məlumat verilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm