Fotoqraf iranlı qadınları belə təsvir etdi - Foto
Bizi izləyin

Bilgi.az

Fotoqraf iranlı qadınları belə təsvir etdi - Foto

İranlı fotoqraf Şadi Qadirian Nyu-Yorkda İranda yaşayan qadınların günlük həyatını təsvir edən fotosərgi açıb.

Axar.az xəbər verir ki, 1974-cü ildə İranın paytaxtı Tehranda dünyaya gələn Ş. Qadirian Tehranın Azad Universitetinin fotoqraflıq fakültəsini bitirərək, professional şəkildə fotoqrafçılıq kariyerasına başlayıb.

İranlı sənətçi universiteti bitirdikdən sonra fotolarında həyatın ziddiyyətlərini təsvir etməyə başlayıb. Fotoqraf xüsusilə qadının cəmiyyətdəki rolunu araşdırır, fotolarında onun din və modernliklə birlikdə yaşadığı çətinliyi göstərməyə çalışıb.

Bundan öncəki sərgilərini də müsəlman qadınlara həsr edən Ş.Qadirian budəfəki sərgisində iranlı qadınların geyindiyi ənənəvi çarşaflar əvəzinə naxışlı parçalardan istifadə edib.

Sənətçi çarşab altında olan qadınların üzünü dəmir, çaydan, plastik qab və ya əlcək, tava, süpürgə, ütü ilə örtərək "ev qadınlığı" təsvirini yaradıb. Bununla o, iranlı qadınların cəmiyyətdəki rolunu, onlara verilən qiyməti gözlər önünə salıb.

Fotolarında din, keçmiş, qadağalar və modernizim arasında sıxılıb qalan müsəlman qadınlarının yaşadığı çəkinlikləri göstərməyə çalışıb.

Axar.az fotoqraf Şadi Qadirianın fotolarını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm