Dünyanın ən hündür 5 yaşlı uşağı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən hündür 5 yaşlı uşağı – FOTOLAR

Hindistanda yaşayan 5 yaşlı Karan Siqnx dünyanın ən ucaboylu uşağı hesab olunur.

O, öz boyuna görə bir neçə il bundan qabaq Ginnesin Rekordlar Kitabına da düşüb.

Karan doğularkən boyu 63 santimetr imiş. Onun 2 yaşı olarkən boyu 124 sm, çəkisi isə 42 kilo olub. Həmin vaxt qonşuluqda yaşayan 10 yaşlı uşaqlarla eyni boyda olub. İndi isə 5 yaşlı Karanın boyu 170 sm-dir. Bu, kişi üçün orta boy hesab olunur. Karan isə getdikcə uzanmaqda davam edir.

Bununla belə, həkimlər Karanda hər hansı bir qüsur tapmayıblar. Onların dediklərinə görə, oğlan sağlamdır. O da adi uşaqlar kimi məktəbə gedir və basketbol idmanı ilə məşğul olur. Gələcəkdə Karan peşəkar basketbolçu olmaq istəyir.

Oğlana qeyri-adi boy anasından keçib. Boyu 2 metr 20 santimetr olan Şvetlana Sinqx Asiyada ən hündürboylu qadın hesab olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm